PSJ baş məşqçi Luis Enrike ilə müqavilə uzatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Paris təmsilçisi mövsümün sonunda klubla müqaviləsi başa çatan mütəxəssislə yola davam etmək niyyətindədi.
Yaxın günlərdə tərəflər arasında 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
Luis Enrike komandası Liqa 1-də 7 turdan sonra 17 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.