PSJ yarımmüdafiəçi Manuel Uqarteni transfer etmək üçün “Sportinq”lə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubu 22 yaşlı uruqvaylı futbolçunun transferi üçün 60 milyon avro ödəyəcək.
PSJ-nin yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacağı bildirilir.
Uqarte bu mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.