PSJ karyerasını “Əl-Hilal”da davam etdirəcək Neymarın yerinə “Yuventus”un yarımmüdafiəçisi Federiko Kyesa ilə maraqlanır.
İdmanxeber.az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, Turin təmsilçisi 25 yaşlı futbolçunu satmağa hazırdır və onun üçün 50-60 milyon avro təzminat istəyir.
Daha əvvəl futbolçu ilə “Aston Villa” və “Nyukasl” maraqlansa da, futbolçu bu təklifi rədd etmişdi.
25 yaşlı italiyalı ötən mövsüm 33 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Portal Transfermarkt oyunçunu 40 milyon avro qiymətləndirir.