PSJ hücumçu Neymarı komandada görməkdən məmnundur.
İdmanxeber.az-ın məlumatına görə, daha öncə mətbuatda braziliyalının başqa kluba keçə biləcəyi yazılmışdı. Ancaq Neymar bunları təkzib etdi.
31 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. O, 2017-ci ildə “Barselona”dan Paris klubuna keçib.
2022/23 mövsümündə hücumçu parislilərin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.