09 Sentyabr 2024
Dünya futbolu

PSJ-nin futbolçusu İspaniya klubuna keçir

PSJ-nin yarımmüdafiəçisi Karlos Soler karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı ispaniyalı ilə “Real Sosyedad” maraqlanır. La Liqa klubu futbolçunu “Arsenal”a keçməyə yaxın olan Mikel Merinonun mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.

Ötən mövsüm Soler 28 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi İspaniya millisi ilə birlikdə Avro-2024-ün qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43