22 Oktyabr 2024
Dünya futbolu

PSJ-nin futbolçusu mundialı buraxa bilər

Fransa millisinin və PSJ-nin müdafiəçi Presnel Kimpembe zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, Kimpembe zədə səbəbindən Fransa yığmasının DÇ-2022-dəki oyunlarını buraxa bilər.

Bundan əvvəl millinin üzvü Pol Poqba və Nqolo Kantenin mundialı buraxacağı dəqiqləşib.

Bu il Qətərdə keçiriləcək mundial noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43