18 Oktyabr 2024
Dünya futbolu

PSJ-nin futbolçusu “Qalatasaray”a doğru

 PSJ-nin yarımmüdafiəçisi Karlos Soler karyerasını Türkiyədə davam etdirə bilər

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı ispaniyalının xidmətində “Qalatasaray” maraqlıdır. Klub futbolçunu qış transfer pəncərəsində almaq istəyir. Transfer məbləği 20 milyon avro qiymətləndirilir.

Futbolçunun PSJ ilə müqaviləsi 2027-ci ilə qədərdir. Fransa çempionatının bu mövsümündə Soler 13 oyun keçirib və 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43