21 Sentyabr 2024
Dünya futbolu

PSJ-nin oyunçusu “Bavariya”ya “yox” dedi

PSJ-nin yarımmüdafiəçisi Xavi Simonsun “Bavariya”ya transferi böyük ehtimalla baş tutmayacaq.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı niderlandlı futbolçu karyerasını ötən mövsüm icarə əsasında çıxış etdiyi “Leyptsiq”də davam etdirəcək. Burada stabil olaraq əsas heyətdə oynadığı üçün futbolçu belə qərar verib.

“Leyqtsiq” hələlik yarımmüdafiəçinin icarə müddətinin uzadılması ilə bağlı PSJ ilə razılığa gələ bilməyib. O, Bundesliqada ötən mövsüm 32 oyun keçirib, 8 qol vurub və 13 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43