24 Dekabr 2024
Dünya futbolu

PSJ-nin oyunçusu “Leyptsiq”lə müqavilə bağladı

PSJ-nin yarımmüdafiəçisi Xavi Simons icarə əsasında “Leyptsiq”də çıxışını davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, o, 2023/24 mövsümünü komandada keçirib. Ötən mövsüm Simons “Leyptsiq” üçün 43 oyun keçirib, 10 qol vurub və 15 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçinin PSJ ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı onun dəyərini 80 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43