PSJ klubunun prezidenti Nasser Əl-Həlaifi İspaniyada “Real”a (Madrid) uduzduqları ÇL-in 1/8 final mərhələsinin cavab görüşündən sonra qalmaqal törədib.
İdmanxeber.az-ın “Marca”ya istinadən məlumatına görə, ərəb iş adamı qarşılaşmanın ardından hakimlər otağına girməyə cəhd edib.
O, “Santyaqo Bernabeu” stadionunda oyunu izlədikdən sonra tribunanın altına düşüb və paltardəyişmə otağında əlinə keçən əşyaları vurub-dağıdıb. Əl-Xəlaifi iradlarını bildirmək üçün hakimləri axtarmağa başlayıb. Nəticədə klub prezidenti səhvən “Real Madrid”in nümayəndəsi Karlos Davilanın otağına girib.