"Bavariya" klubu aparıcı futbolçusu Aryen Robbenlə müqavilə yeniləyəcək.
Bu barədə "Kicker" nəşri məlumat yayıb. 2015-ci ildə komandası ilə müqaviləsi bitəcək hollandiyalı sözləşməsini daha iki il artırmaq niyyətindədir. Hadisələrin necə inkişaf edəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, onun xidmətində PSJ klubu maraqlı idi.