Ölkə futbolu

PSJ-nin yetirməsi rəsmən “Zirə”də!

Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşan “Zirə” daha bir futbolçu ilə güclənib.

İdmanxeber.com-un məumatına görə, Mərkəzi Afrikalı David Manqa “qartallar”ın sıralarına qoşulub. Hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

28 yaşlı David Manqa Fransanın PSJ klubunun yetiriməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqanın son klubu İsrailin “Hapoel Aşkelon” klubu olub.

David 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43