Müqavilə ilə “Napoli”yə məxsus olub icarə əsasında “Qalatasaray”da forma geyinən Viktor Osimhen karyerasını Fransada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, PSJ forvardın xidmətində maraqlıdı. Paris təmsilçisi yayda transferi bitirmək niyyətindədi.
PSJ rəhbərliyi 25 yaşlı oyunçu üçün onun müqavilə ilə məxsus olduğu “Napoli” ilə danışıqlar aparacaq.
Xatırladaq ki, nigeriyalı forvard icarə əsasında “Qalatasaray”da çıxış edir. Onun İstanbul klubu ilə müqaviləsi yaya qədərdi.