22 Oktyabr 2024
Dünyadan

PSJ “transfer bombası”nı partladır

Ulduzlar toplusu olan PSJ daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirir.

İdmanxeber.comPunta Pelota”ya istinadən xəbər verir ki, Paris təmsilçisi İspaniyanın “Real Sosyedad” klubunun bacarıqlı hücumçusu Antoine Qrizmanın keçidini böyük ölçüdə həll edib. 

Transfer dəyəri 30 milyon avro olan fransalı forvarda PSJ illik 3 milyon avro ödəyəcək. Bu keçidin yayda reallaşacağı iddia olunur.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm “Real Sosyedad” forması ilə meydana çıxdığı 24 oyunda 15 qola imza atıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43