PSJ yeni transferi David Luizin təqdimat mərasimini keçirib.
İdmanxeber.com-un məlumatına görə, fransız klubu 27 yaşlı futbolçuyla 5 illik müqavilə imzalayıb. Transfer PSJ-ə təxminən 50 milyon avroya başa gəlib.
Luiz yeni klubunda 32 nömrəli formanı geyəcək. Daha öncə Devid Bekhem məhz bu rəqəmdən istifadə etmişdi.