“Qalatasaray” və “Fənərbaxça”nın ardından bu dəfə PSJ ilə “Bavariya” “Çelsi”nin futbolçusu Robert Kenediyə “elçi” düşüb.
İdmanxeber.com-un məlumatına görə, “Bavariya” 22 yaşlı braziliyalı cinah oyunçusunun keçidində maraqlıdı. Belə ki, Münhem təmsilçisi Aryen Robben və Frank Riberinin əvəzinə Kenedini heyətinə cəlb etmək niyyətindədi. Kenedi hazırda icarə əsasında “Nyukasl”da çıxış edir.
Qeyd edək ki, “Çelsi” ilə 2020-ci ilə qədər müqaviləsi olan Kenedi bu mövsüm 14 oyuna çıxıb və 3 qola imza atıb.