Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, günün ilk matçında "Zenit" öz meydanında "Benfika"nı qonaq edəcək.
İlk görüşdə portuqaliyalılara minimal hesabla uduzan ruslar cavab görüşündə qələbə qazanmaq niyyətindədilər.
Digər matçda “Çelsi” öz meydanında PSJ-ni qəbul edəcək. Paris klubu ilk görüşdə 2:1 hesablı qələbə qazansa da, şansları bərabər qiymətləndirmək olar
9 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları
21:00. "Zenit" (Rusiya) – "Benfika" (Portuqaliya) 1-2
Qollar: Halk, 69 – Qaytan, 85, Talisca, 90+6
İlk oyun – 0:1
23:45. "Çelsi" (İngiltərə) – PSJ (Fransa) 1-2
Qollar: Dieqo Kosta, 27 – Robiot, 16, İbrahimoviç, 67
İlk oyun – 1:2