Dünya futbolu

PSV-nin oyunçusu A Seriyasında çıxış edə bilər

PSV-nin müdafiəçisi Olivye Boskalyi nəhənglərinin diqqət mərkəzindədir.

İdmanxeber.az məlumat verir ki, “İnter” və “Napoli” 26 yaşlı oyunçunu transfer etmək istəyir.

Boskalyi 2019-cu ildən PSV-də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 41 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43