18 Oktyabr 2024
Ölkə futbolu

Pul probleminə görə Bakıya gəlməyən cənub klubunun rəsmisi: “Cəhdlərimiz faydasız qaldı”

Azərbaycan II Liqasında mübarizə aparan “Lerik” klubunun idarə heyətinin sədri Famil Məmmədov komandanın bugünkü oyuna çıxmamasından danışıb.

Klub rəsmisi İdmanxeber.az-a verdiyi açıqlamada maliyyə problemi yaşadıqlarını və bunun üçün etdikləri cəhdin faydasız olduğunu bildirdi:

“Komandanın oyuna gələ bilməməsinin səbəbi maliyyə məsələsidi. Bununla bağlı bir müddət öncə də məlumat vermişdik. Bundan sonra müəyyən cəhdlər etdik. Bəzi adamlarla görüşdük, lakin nəticə əldə edə bilmədik. Bu səbəbdən də bugünkü oyuna gələ bilmədik.

PFL-in əsasnaməsinə görə, əgər bir komanda iki oyun meydana çıxmırsa, çempionatdan uzaqlaşdırılır. Maliyyə məsələsində hər hansı bir irəliləyiş olmasa, klub fəaliyyətini dayandıracaq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43