23 Dekabr 2024
Kateqoriyasız

Pupon “Qarabağ”ı hədələdi: “Bu onlara baha başa gələcək”

“Qarabağ”dan ayrılacağımla bağlı yazılanlar məni şok etdi. Bu xəbərlərin haradan qaynaqlandığını bilmirəm. Ancaq məndən yanvarın 5-də komandanın düşərgəsində olmağımı istəyiblər”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusu Raydell Pupon deyib.

Ağdam klubunun üzvü Hollandiya mətbuatına açıqlamasında komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən bu barədə məlumatsız olduğunu vurğulayıb:

“Gələn ay Antalyada təlim-məşq toplanışı keçəcək komandanın düşərgəsinə qoşulacam. Mən “Qarabağ”da bir qədər oynamaq istəyirəm. Ayrılacağımla bağlı nə mənə, nə də menecerimə heç nə deyilməyib. Hollandiya ilə müqayisədə Azərbaycanda bu işlər bir qədər fərqlidir. Əgər “Qarabağ” həqiqətən mənimlə yollarını ayırmaq istəyirsə, bu, onlara baha başa gələcək”.

Qeyd edək ki, Pupon mövsümün əvvəllində Fransanın “Valansyen” klubundan “Qarabağ”a keçib.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43