Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
İdmanxeber.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Püşkdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olacaq.
Səpələnməmişlər səbətində olan “atlılar” bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.
Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.
“Qarabağ” – “Gent” (Belçika)