“İnter”in Avstriyanın Lutzmannsburq qəsəbəsindəki təlim-məşq toplanışı davam edir.
İdmanxeber.com-a klubun məıtbuat xidmətindən verilən məlumata görə, iyunun 27-dək baş tutmalı olan hazırlıq dünənki püşkatmadan sonra daha 3 gün uzadılıb. Buna səbəb Avroliqadakı püşkün nəticəsinə görə, ilk oyunun səfərdə olmasıdı. Məhz bu səbəbdən Bank klubu iylun 1-də Avstriyadna Moldovaya gedəcək. Vətənə bir də matç bitən kimi qayıdacaq “bankirlər” cavab qarşılaşmasının hazırlıqlarına start verəcəklər.
Qeyd edək ki, “Tiraspol” – “İnter” matçı “Şerif” klubunun “Maloy Arena” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.