Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, ilk olaraq “Qəbələ” “Turan Tovuz”u qəbul edib. Görüş 1:1 hesabı ilə sona çatıb.
Meydan sahibləri 16 xalla sonuncu, Tovuz təmsilçisi 39 xalla 6-cı pillədə qərarlaşıb.
Günün digər matçında “Neftçi” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib. “Ağ-qaralar” görüşdən qələbə ilə ayrılıb – 3:0.
Azərbaycan Premyer Liqası, XXX tur
13 aprel (şənbə)
16:30. “Qəbələ” – “Turan Tovuz” 1:2
Qollar: Ayyub Allaş (1:0), Aleks Souza (1:1), Belajdi Pusi (1:2)
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu
19:00. “Neftçi” – “Araz-Naxçıvan” 3:0
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elman Musayev
“Neftçi Arena”