06 Dekabr 2022
Kateqoriyasız

“Qəbələ” PSJ-nin sabiq üzvünü transfer etdi

Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” qış “transfer pəncərəsi”ndə fransalı futbolçu Abdelrafik Jerarın keçidini rəsmiləşdirib. 27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1.5 illik müqavilə imzalanıb.

Jerar peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-19-cu illərdə Belçikanın “Union Sent Jiluaz” klubunun formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” bunadək qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyevi heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ” “Sivasspor”a məğlub oldu – Yenilənib

admin

“Qarabağ” öncə serblərə, daha sonra polyaklara uduzdu – Yenilənib

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin