08 Dekabr 2022
Kateqoriyasız

“Qəbələ” – “Qarabağ” oyununun hakimləri bəlli olub

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda keçiriləcək “Qəbələ” – “Qarabağ” oyununun təyinatları açıqlanıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması Nicat İsmayıllıya həvalə olunub.

“Neftçi” – “Turan Tovuz” matçı isə İnqilab Məmmədova tapşırılıb.

7 oktyabr (cümə)

17:30. “Zirə” – “Şamaxı”
Hakimlər: Vüqar Həsənli, Namik Hüseynov, Kamran Bayramov, Namiq Bəkirov
VAR: Fərid Hacıyev
AVAR: Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
Zirə İdman Kompleksinin stadionu

8 oktyabr (şənbə)

17:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
“ASCO Arena”

19:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”

9 oktyabr (bazar)

17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu

19:30. “Sabah” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ” Portuqaliyadan hücumçu transfer edir

admin

Portuqaliya İrlandiya ilə bacarmadı – Video

admin

Renat meydana çıxdı, komandası ilk qələbəsini qazandı

admin