Misli Premyer Liqasında 16-cı turun görüşləri davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün turun daha iki qarşılaşması baş tutub.
Günün ilk oyunu Qəbələdə keçirilib. “Qırmızı-qaralar” doğma meydanda “Səbail”i məğlub edib – 2:1.
Tura “Sabah” – “Şamaxı”ı matçı ilə yekun vurulub. Paytaxt təmsilçisi evdə bölgə klubu ilə bacarmayıb – 1:1.
3 dekabr (şənbə)
“Qəbələ ” – “Səbail” 2:1
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu, 14:30
“Sabah” – “Şamaxı” 1:1
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
“Bank Respublika Arena”, 17:00