09 Fevral 2023
Kateqoriyasız

“Qəbələ” təzminat istədi, Türkiyə klubları transferdən imtina etdi

“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov karyerasını Türkiyədə davam etdirə bilərdi.

İdmanxeber.az-a daxil olan məlumata görə, Türkiyənin iki klubu – “Eyyupspor” və “Boluspor” azərbaycanlı hücumçunun xidmətində maraqlı olub. Hər iki komanda futbolçunu transfer etmək istəsə də, “Qəbələ” qarşı tərəfdən təzminat istəyib.

25 yaşlı futbolçunu transfer etmək istəyən klublar təzminat məsələsində “qırmızı-qaralar”la ortaq məxrəcə gələ bilməyib və sözügedən keçid baş tutmayıb.

Qeyd edək ki, hücumçunun “Qəbələ” ilə mövsümün sonuna kimi müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43