Ölkə futbolu

“Qəbələ”də serbiyalı məşqçi – RƏSMİ

“Qəbələ” klubunun məşqçilər korpusunda dəyişiklik edilib.

İdmanxeber.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

Mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcısı funksiyasını yerinə yetirəcək.

Yevtiç 2018-ci ilin iyunundan 2020-ci ilin yayına qədər də “Qəbələ”də çalışıb. Əvvəllər də Sxadadze ilə birlikdə çalışan mütəxəssis karyerası ərzində Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”, Qazaxıstanda “Kayrat” və “Kaspi” klublarında, həmçinin Gürcüstan milli komandasında fəaliyyət göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43