06 Oktyabr 2022
Kateqoriyasız

Qəbələli azarkeşlərin təhqiri klubun cəzalanması ilə nəticələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

“Sabah” – “Turan Tovuz” oyununda oyunun 36-cı dəqiqəsində “Turan Tovuz” klubunun 8 nömrəli futbolçusu Şakir Seyidov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

“Qəbələ” – “Sumqayıt” oyununda oyunun 83-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən Baş hakim təhqir edildiyi üçün “Qəbələ” klubu 4000 manat cərimə olunub.

“Qəbələ” – “Sumqayıt” oyununda oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Rövlan Muradov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

“Səbail” – “Neftçi” oyununda oyundan sonra isti su təchizatının olmaması və hakimlər üçün isti suyun təmin olunmamasına görə “Səbail” klubu 800 manat cərimə olunub.

“Kəpəz” – “Şamaxı” oyununda oyunun 34-cü dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün “Kəpəz” klubu 4000 manat cərimə olunub.

“Kəpəz” – “Şamaxı” oyununda 2-ci hissədə “Şamaxı” komandası meydana 3 dəqiqə gec daxil olduğu üçün “Şamaxı” klubu 800 manat cərimə olunub.

“Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Kəpəz” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 2 nömrəli futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına öz etirazını bildirməsinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Azərbaycanlı futbolçu Moldova klubunda – RƏSMİ

admin

UEFA-nın AVRO-2020 ilə bağlı yekun qərarı

admin

“Qarabağ”ın növbəti məşqi – Fotolar

admin