03 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ”nin dili qatlanan futbolçusu məşqlərə başladı

Macarıstanda “Fehervar”a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ağır zədə alan “Qəbələ”nin futbolçusu İlkin Qırtımov komanda ilə məşqlərə başlayıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən fərdi hazırlıq keçən müdafiəçi bu gündən kollektiv çalışmalarda iştirak edir.

Digər zədəlilər – Urfan Abbasovla Gülağa Əsədov proqram üzrə bərpa prosesi keçir. Yaovi Akakpo isə əməliyyat sonrası müalicəsini davam etdirir.

Qeyd edək ki, İlkin Qırtımov “Fehervar”a 1:4 hesabı ilə uduzduqları görüşün ilk hissəsinin sonlarına yaxın başından ciddi zədə alıb. Dili qatlanan futbolçuya ilk yardımı komanda yoldaşı Asif Məmmədov edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43