06 Dekabr 2024
Ölkə futbolu

“Qəbələ”nin kapitanı öndədir

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə iştirak edən futbolçulardan 10-u ölkə çempionatında 250 və daha çox oyun keçirib. 

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, turnirin ən təcrübəli üç oyunçusu öz komandasının kapitanıdır. “Qəbələ”nin üzvü Asif Məmmədov karyerasını Premyer Liqada davam etdirənlər arasında hamıdan öndədir. O, “Qarabağ”lı Maksim Medvedevi 8, “Kəpəz”in üzvü Vurğun Hüseynovu 9 matç qabaqlayır.

Bu üç kapitandan başqa daha iki futbolçu 300-ü keçib. Digər beş oyunçu isə 250-dən artıq görüşün iştirakçısıdır.

“Onluq”da “Qəbələ”nin üç futbolçusu var. “Qarabağ”la “Neftçi” iki üzvünün təcrübəsi ilə öyünə bilər. “Kəpəz”, “Turan Tovuz” və “Zirə”də bir belə oyunçu var. Lakin qəsəbə klubunun qapıçısı digər 9 futbolçudan fərqli bu mövsüm meydana çıxmayıb.

1 Asif Məmmədov Qəbələ 377
2 Maksim Medvedev Qarabağ 369
3 Vurğun Hüseynov Kəpəz 368
4 Qara Qarayev Neftçi 317
5 İlkin Qırtımov Qəbələ 312
6 Slavik Alxasov Turan-Tovuz 285
7 Anar Nəzirov Zirə 279
8 Urfan Abbasov Qəbələ 278
9 Rəhman Hacıyev Neftçi 266
10 Riçard Almeyda Qarabağ

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43