05 Oktyabr 2022
Kateqoriyasız

“Qəbələ”nin oyunlarının vaxtı dəqiqləşdi

“Qəbələ”nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün 1-ci mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.

İdmanxeber.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparacaq Qəbələ təmsilçisi Niderland “Alkmaar”ı ilə qarşılaşacaq.

Sentyabrın 29-dakı ilk görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 17:00-da başlayacaq.

Cavab qarşılaşması oktyabrın 19-da təşkil olunacaq. Matç “AZ Təlim-Məşq Mərkəzi”ndə olacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Bu cütün qalibinin növbəti rəqibi “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) matçında müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ” “Şerif”ə qarşı bu heyətlə oynayacaq

admin

“Qəbələ”nin baş məşqçisi: “Bu, komandanın maksimumu deyil”

admin

Bu futbolçular “Səbail”də qaldı

admin