“Qəbələ” heyətinə qatmağa çalışdığı Omar Hani Əl-Zebdehi transfer etməyə yaxındı.
Bir neçə klubdan təklif alan iordaniyalı hücumçunun “Qəbələ”yə keçidi an məsələsidi.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev İdmanxeber.az-a bildirib ki, sözügedən futbolçu ilə yanaşı bir neçə oyunçu ilə danışıqlar davam edir. Lakin hələ ki, hansısa futbolçunun keçidi haqda konkret fikir söyləmək çətindi.
Qeyd edək ki, Omar Haninin son klubu Kiprin “Olimpiakos Nikosia” klubu olub.