24 Yanvar 2022
Kateqoriyasız

Qərarlar açıqlandı: AFFA Koçuk və Emrelini cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 18-ci turunda  baş verənlər müzakirə olunub.

Premyer Liqanın 18-ci turunun “Sabah” – “Səbail” oyununun 15-ci dəqiqəsində meydan sahiblərini futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunub.

Premyer Liqanın 18-ci turunun “Qarabağ” – “Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Mahir Emreli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qarabağ” 400 manat cərimə olunub

Premyer Liqanın 18-ci turunun “Qəbələ” – “Neftçi” görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə meydan sahibləri  400 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

UEFA Azərbaycana təşəkkür etdi

admin

Ürfan Abbasov: “Uğurlu seriyanı “Qarabağ” oyununda da davam etdirməliyik”

admin

Azərbaycan – Xorvatiya: heyətlər

admin