14 Fevral 2025
Ölkə futbolu

Qərb derbisində azarkeş fərqi

Misli Premyer Liqasının 19-cu turunun ən çox azarkeş qeydə alınan matçı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu, Tovuzda baş tutan “Kəpəz” – “Turan Tovuz” görüşüdü. Qərb derbisini tribunalardan 4300 azarkeş izləyib.

Turun ən az tamaşaçısı Sumqayıtda qeydə alınıb. Yerli komandanın “Səbail”ə məğlub olduğu görüşü (0:2) tribunalardan 600 tamaşaçı izləyib.

Digər matçlarda qeydə alınan tamaşaçı sayı belədir:

“Qarabağ” – “Şamaxı” – 1000 (3:2)

“Zirə” – “Araz Nazçıvan” – 700 – (1:0)

“Neftçi” – “Sabah” – 1500 – (1:1)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43