Ölkə futbolu

Qəsəbə klubundan problemli mövqeyə vacib transfer – SON DƏQİQƏ!

“Zirə” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, ölkəmizi Avropa Liqasında təmsil edəcək qəsəbə təmsilçisi sabiq futbolçusu Davit Volkovu yenidən rənglərinə bağlayıb.

Hücum mövqeyinə oyunçu axtarışında olan rəhbərlik təcrübəli forvardla anlaşa bilib. Tərəflər arasında danışıqlar müsbət nəticələnib.

Klub bu transferi yaxın günlərdə futbol ictimaiyyətinə açıqlayacaq.

Qeyd edək ki, Volkov ötən mövsümü “Sabah”da keçirib. O, 2022-ci ildə “qartallar” dan Bakı klubuna keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43