Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” iyunun 15-dən etibarən təlim-məşq toplanışına start verir.
İdmanxeber.az-ın məlumatına görə, bir neçə aparıcı üzvünü satan “qırmızı-qaralar” 3 legioner futbolçu heyətinə qatacaq.
Büdcəsi azaldılan əyalət klubu hazırda bir neçə futbolçu ilə danışıqlar aparır və yaxın zamanda bu futbolçuları “Qəbələ”də görə bilərik.