Kateqoriyasız

“Qəbələ” – “Alkmaar” matçının biletləri satışda

UEFA Gənclər Liqasının seçmə mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Alkmaar” (Niderland) qarşılaşmasının biletləri satışa çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri 1 və 3 (VİP) manatdır.

Biletlərdən əldə olunan gəlir Qəbələ rayonundakı aztəminatlı məktəblilərin tədris xərcləri üçün istifadə olunacaq.

Sentyabrın 29-da keçiriləcək “Qəbələ” – “Alkmaar” oyunu saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43