Ölkə futbolu

“Qəbələ”nin Antalyadakı ilk rəqibi müəyyənləşdi

Mövsümün ikinci yarısına hazırlıqı Antalyada davam etdirəcək “Qəbələ”nin yoxlama görüşlərindəki ilk rəqibi müəyyənləşib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “qırmızı-qaralar” yanvarın 24-də Çexiyanın “Bohemians” klubu ilə qarşılaşacaq.

Komandanın digər iki sınaqçı rəqibləri isə məlum deyil.

Qeyd edək ki, Qəbələ” 2021/22 mövsümünün ikinci yarısının hazırlığına yanvarın 6-da start verəcək. Elmar Baxşıyevin yetirmələri bu mərhələdə məşqlərini Bakıda gerçəkləşdirəcək. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulmayıb.

“Qəbələ” yanvarın 15-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Antalyanın Bələk bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq. Ayın 25-dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama matçı baş tutacaq. Bu qarşılaşmalar yanvarın 17-də, 20-də və 24-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43