Kateqoriyasız

“Qəbələ” çətin durumda: Bütün legionerləri gedir

Koronavirus pandemiyası digər klublarımız kimi “Qəbələ”nin maliyyə durumuna ciddi təsir göstərib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, klubda vəziyyət qeyri-müəyyən olaraq qalır. Məsələr burasındadı ki, “Qəbələ”nin yeni mövsümdə oynayıb-oynamayacağı belə bəlli deyil. Pandemiya zamanı maliyyə itkisi ilə qarşılaşan “Jalə” şirkətinin “Qəbələ”ni yenidən himayə götürməsi belə inandırıcı görünmür.

Yeni sponsor axtarışına çıxan klub futbolçuları saxlamaqda da çətinlik çəkir. “Qəbələ”nin bir neçə legioneri Azərbaycanı tərk edir. Artıq “qırmızı-qaralar”ın xorvatiyalı müdafiəçisi İviça Juniç ölkəmizi vətəninə yollanıb.

Komandanın digər iki legioneri – Abdelrafik Jerar və Nikolas Raysel də yaxın günlərdə “Qəbələ”dən ayrılacaq. Klubu tərk edəcək futbolçuların geriyə dönüb-dönməyəciyi isə sual olaraq qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43