Ölkə futbolu

“Qəbələ” daha bir transferini açıqladı

“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024/2025 mövsümündən I Liqada çıxış edəcək “qırmızı-qaralar” Salman Ələsgərovla anlaşıb.

23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

“Qəbələ” Akademiyasının yetirməsi olan müdafiəçi 2021-2023-cü illərdə “Qəbələ-2”nin formasını geyinib.

O, ötən mövsüm “Şamaxı”nın uğurları üçün çalışıb. S.Ələsgərov karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib, Azərbaycanın U-18 millisinə cəlb olunub.

Qeyd edək ki, “Qəbələ” daha əvvəl qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43