Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək “Qəbələ” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, əyalət klubu “Fehervar”la ilk oyuna kimi danışıq apardığı futbolçulardan ikisinin transferini gerçəkləşdirəcək. “Qırmızı-qaralar”ın rəhbəriyi hücum və yarımmüdafiə xəttini gücləndirmək üçün adı açıqlanmayan futbolçularla danışıqları davam etdirir. Tərəflər arasında danışıqlar son müstəvidədi və bu keçidlərin açıqlanması an məsələsidi.
Qeyd edək ki, “Qəbələ” hələ ki, İlkin Qırtımov (“Şamaxı”), Səlahət Ağayev “(Sabah”) və Felipe Santosu (“Şamaxı”) heyətinə qatıb.