08 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ” “Kəpəz”lə yaranan xal fərqini aradan qaldıra bilər”

“Hazırda “Qəbələ” və “Kəpəz” arasında Premyer Liqada qalmaq üçün qızğın mübarizə gedir. “Sarı-göylər” son qələbədən sonra durumunu düzəltsə də, hələ qarşıda çox oyunlar var. “Qəbələ” bu fərqi aradan qaldıra bilər. Onlar da yaxşı oyun göstərir. Son görüşdəki futbollarını sərgiləyə bilsələr, daha çox qələbə qazana biləcəklər”.

Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov Premyer Liqada qalmaq uğrunda “Kəpəz”lə “Qəbələ” arasında gedən yarışdan danışarkən deyib. O, daha sonra belə davam edib:

“Adil Şükürovun gəlişindən sonra “Kəpəz”də yaxşıya doğru dəyişikliklər oldu. Komanda hər oyun əməlli-başlı mübarizə göstərir. Matçlarda xal qazanmağa inam yaranıb. Heyətdə özgüvən bərpa olunub. “Qəbələ”də isə durum bir az fərqlidir. İki ildir avrokuboklara vəsiqə qazanan komandanın vəziyyəti adamı məyus edir. Onların son pillədə olması məni çox üzür. Çox yaxşı infrastruktura malik “Qəbələ” klubu aşağı liqaya düşərsə, futbolumuza zərbə olacaq. Amma unutmayaq ki, idman prinsipləri də vacibdir. Çünki yalnız bu halda çempionatda rəqabət, inkişaf formalaşır. 

Heyətdə olan dəyişikliklə bərabər yeni oyunçuların uyğunlaşma prossesi komandanın nəticələrinə təsir etdi. Keçən mövsümkü həyət güclü idi və o komandanı Elmar Baxşıyev formalaşdırmışdı. Məncə, mövsümün ikinci yarısında “Qəbələ” daha yaxşı nəticələr əldə edəcək. Çünki artıq müəyyən zaman keçib, oyunçular bir-birlərinə uyğunlaşıb. Rəhbərlik də Elmar müəllimə çox inanır, dəstək olur. Bunlar da vacib amillərdir. Elə sırf bu səbəblərə görə, komandanın nəticələrinin yaxşılaşacağını demək olar”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43