19 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ” Küveyt klubu ilə üz-üzə gələcək

“Qəbələ” klubunun yoxlama matçı keçirəcəyi ilk rəqib müəyyənləşib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Qəbələdə təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə qüvvəsini sınayacaq.

Görüş iyulun 31-də keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” bu gün təlim-məşq toplanışına start verəcək. Hazırlıq prosesi Qəbələ şəhər stadionunda gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43