29 Dekabr 2024
Ölkə futbolu

“Qəbələ” legioneri ilə yollarını ayırdı – RƏSMİ

 “Qəbələ” iordaniyalı futbolçu Omar Hani ilə yollarını ayırıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2021-ci ilin sentyabrından “Qəbələ”də çıxış edən legioner “qırmızı-qara” formada 85 matçda 4 qol vurub. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib. Asiyalı futbolçu “Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43