Kateqoriyasız

“Qəbələ” Omar Hani transferini rəsmən açıqladı

“Qəbələ” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Omar Hanini transfer edib. 22 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Haninin son klubu APOEL olub (2019-2021). Lakin o, geridə qalan mövsümü icarə əsasında “Olimpiakos”da keçirib.

Əlavə edək ki, iordaniyalı oyunçu ölkəsinin əsas millisində 1 matç da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43