Kateqoriyasız

“Qəbələ” oyunu dəyişməyə çalışacaq” – “Fehervar”ın futbolçusu

“Nəticəyə baxmayaraq, hər şey ola bilər. Cavab görüşünə tam hazır olmalıyıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Macarıstanın “Fehervar” komandasının futbolçusu Nikola Serafimov “Qəbələ”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

O, daha sonra belə davam edib: “Qəbələ” oyunu dəyişmək istəyəcək. Buna hazır olmalıyıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Sərfəli nəticə qazanmaq istəyirik.

Serafimov 4:1 hesabı ilə qalib gəldikləri ilk oyun haqqında da danışıb: “Azarkeşlərin dəstəyi bizim üçün çox şey ifadə edir. Görüşə planlaşdırdığımız kimi başlaya bilmədik. Fasilədə məşqçilər korpusundan faydalı məsləhətlər aldıq. Kənan Kodronun bərabərlik qolunu vurması ən vacib məqam idi. Bu, futbolçuların fasiləyə sakit yollanmasına imkan yaratdı”.

İyulun 28-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43