Kateqoriyasız

“Qəbələ” “Qarabağ”la oyunlarda bu iki əsas futbolçusundan istifadə edə bilməyəcək

Misli Premyer Liqasının XVII turu çərçivəsində “Qarabağ”ın rəqibi olan “Qəbələ” bu matça ciddi itki ilə çıxacaq.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, Abu Akal Feras sarı kart limitini doldurduğu üçün Ağdam təmsilçisi ilə dekabrın 13-də “Azersun Arena”da keçiriləcək matçı buraxacaq.

Dekabrın 8-də həm də kubok matçına çıxacaq “sarı-qırmızı”lar bu matçda qapıçısı Səlahət Ağayevin xidmətindən yararlana bilməyəcək. Təcrübəli qolkiper ötən mövsüm kubokda qırmızı vərəqə alaraq cəzalı duruma düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43