Ölkə futbolu

“Qəbələ” qalib gəldi, “Sabah” xal itirdi  – YENİLƏNİB

Misli Premyer Liqasında 16-cı turun görüşləri davam edir.

İdmanxeber.az xəbər verir ki, bu gün turun daha iki qarşılaşması baş tutub.

Günün ilk oyunu Qəbələdə keçirilib. “Qırmızı-qaralar” doğma meydanda “Səbail”i məğlub edib – 2:1.

Tura “Sabah” – “Şamaxı”ı matçı ilə yekun vurulub. Paytaxt təmsilçisi evdə bölgə klubu ilə bacarmayıb – 1:1.

3 dekabr (şənbə)

“Qəbələ ” – “Səbail” 2:1
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu, 14:30

 

“Sabah” – “Şamaxı” 1:1
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
“Bank Respublika Arena”, 17:00

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43