Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qəbələ” və “Sabah” komdanları yoxlama oyunu keçiriblər.
İdmanxeber az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda oynanılan qarşılaşama 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Bakı klubundan qolları 13-cü dəqiqədə Davit Volkov və 18-ci dəqiqədə Sofian Şakla vurublar. Bölgə təmsilçisinin heyətində isə 23-cü dəqiqədə Ahmed Ayzaya və 55-ci dəqiqədə Murad Musayev fərqləniblər.
Qeyd edək ki, hər iki komanda yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.